Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:50

Kabildə etnik xəzərlər etiraz edir


Əfqanıstanda aksiya
Əfqanıstanda aksiya

-

Mayın 16-da Əfqanıstan paytaxtı Kabildə minlərlə etnik xəzər elektrik enerjisi layihəsinə etiraz aksiyası keçirir.

Polis etirazçıların prezident sarayına yaxınlaşmasını önləmək üçün əsas yolları bağlayıb.

Xəzər liderləri tələb edirlər ki, bir neçə milyardlıq, 500 kilovoltluq Türkmənistan-Kabil ötürücü xətt mərkəzi Bamiyan vilayətindən keçsin. Bu vilayətin əhalisi əsasən xəzərlərdən ibarətdir.

Xətt, ilkin olaraq, Bamiyadan keçəcəkdi, ancaq hökumət sonradan onun yolunu dəyişdirdi, Kabilin şimalına, Salanqa yönəltdi, bununla marşrutun qısaldığını, milyonlarla dollara qənaət edildiyini bildirdi.

Bu xətt 10 vilayətə elektrik enerjisi verəcək, TUTAP layihəsinin bir hissəsidir. TUTAP – Türkmənistan, Özbəkistan, Tacikistan, Əfqanıstan və Pakistanı birləşdirir.

XS
SM
MD
LG