Keçid linkləri

2025, 23 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:32

AzadlıqLive - Bir qoyun dərisi 25 qəpiyə?

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

13:11 20.5.2016

Amnistiya ilə 3 min adam azadlığa çıxacaq

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov parlamentə təqdim olunan "Amnistiya aktı haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib ki,
bu amnistiya ilə 3 min adam azadlığa çıxa biləcək.

Amnistiya aktı layihəsini parlamentə Mehriban Əliyeva təqdim edib. Amnistiya 10 min məhbusu əhatə edəcək.

13:21 20.5.2016

Türkiyənin yeni baş naziri olacaq Binali Yıldırım kimdir?

Binali Yıldırım son 22 ildə prezident Recep Tayyip Erdoğanın “yaxın dostu” sayılıb. Bu dostluq Erdoğan hələ İstanbul şəhərinin meri olan vaxtlardan başlanıb. Yıldırım həm də Erdoğanın 2001-ci ildə yaratdığı AKP-nin əsasını qoyanlardan biridir.

14:12 20.5.2016

"Heykəl məhbusları" - Bayramla Qiyasın yeni məhkəməsi

Bu gün Xətai Rayon Məhkəməsində Bayram Məmmədov və Qiyas İbrahimovun işi üzrə həbsin ev dustaqlığı və ya girovla əvəz edilməsinə dair vəsatətə baxılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov sosial şəbəkədə yazıb.

Qeyd edək ki, gənclər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə (narkotik maddə saxlamaqda) ittiham olunur və barələrində ilkin olaraq 4 ay həbs qətimkan qərarı verilib.

15:06 20.5.2016

Medvedev deyir ki, Rusiya Qarabağ probleminin həllinə həmişə kömək edir

Yerevanda Avrasiya Hökumətlərarası Şuranın iclasında iştirak edən Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistan prezidenti Serj Sarkisianla görüşüb. Medvedev deyib ki, Rusiya Qarabağ probleminin həllinə həmişə kömək edəcək və bu çətin problemin həllinə dəstək olacaq.

Davamı

XS
SM
MD
LG