Keçid linkləri

2025, 23 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:29

AzadlıqLive - Bir qoyun dərisi 25 qəpiyə?

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

12:11 20.5.2016

Lvovda etnik ermənilərlə azərbaycanlıların davası

Azadlıq A-live-da: Lvov-da azərbaycanlılar dəyənək və yumruq davasına çıxıblar, 19 May yanğınına görə həbs edilmiş JEK müdirinin aqibəti necə oldu, Türkiyənin yeni baş naziri

Dava etmiş azərbaycanlılar və ermənilər barışırlar
Gözlə

No media source currently available

0:00 0:15:17 0:00

12:15 20.5.2016

"Birinci ledinin sevimli restoranı aşpazı ilə birlikdə Marbeyadan gətirilib"

«Azərbaycan illərdir iqtisadiyyatını şaxələndirməkdən danışır. İndi bu «boş ritorika» reallığa çevrilməkdədir, - bir Qərb diplomatı belə deyir. İslahatlar modeli kimi Malayziya qəbul olunur. Elita inanır ki, siyasi sistemə toxunmadan iqtisadi islahatları idxal edə bilər. Bakı küçələrinə London taksilərini də belə gətirdilər, Birinci ledinin sevimli restoranı isə aşpazı, çəngəl-bıçağı, hər şeyi ilə birlikdə Marbelyadan (İspaniyanın cənubundan şəhər – red.) gətirilib», - «The Economist» yazır. Media icmalı

12:40 20.5.2016

Mitinqi dağıtmaqdan imtina edən polis

"Kommersant" yazır ki, Moskvada "icazəsiz mitinqin dayandırılması üçün tədbir görməkdən" imtina etdiyinə görə xidmətdən azad edilmiş keçmiş polis Fyodor Obyedkov öz keçmiş rəislərini məhkəməyə verib.

İşdən qovulması barədə qərarın ləğv edilməsini tələb edən Obyedkov mitinqin dağıdılması barədə əmri də qanunsuz sayır.

12:45 20.5.2016

Özəlləşdirmə qərarını prezident özü verəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirmə haqqında qərar qəbul etmə səlahiyyəti əlindən alınıb.

Mayın 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana görə, bundan sonra dövlət əmlakının özəlləşdirilməsi prezidentin qərarları ilə həyata keçiriləcək.

Davamı

XS
SM
MD
LG