"Bakı status-kvoya məcbur edilir"?
«Novoye Vremya» qəzetində isə «Bakının status-kvo-ya məcbur edilməsi» başlıqlı yazı dərc edilib. Məqalədə Azərbaycan və Ermənistan dövlət başçılarının iştirakı ilə mayın 16-da Vyanada Qarabağ münaqişəsi ilə bağlı keçirilmiş danışıqlar dəyərləndirilir.
Məqalədə deyilir ki, rəsmi Bakının qarşısına «ya status-kvo, ya Qarabağın tanınması» şərti qoyulub: «Bu iki variantın heç biri Azərbaycnın xeyrinə deyil. Beləliklə, faktiki olaraq, geosiyasi qüvvələr sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini desələr də, əməldə Bakıdan Dağlıq Qarabağı tanımağı tələb edirlər. ». Media icmalı
Almaniya parlamenti “erməni soyqırımını” tanımağa hazırlaşır
Almaniya mediası yazır ki, Bundestaq bu barədə qətnaməni iyunun ilk həftəsində müzakirə etməlidir
Erdogandan Qərbə mesaj
"Əgər Kilisin atəşə tutulmasının dayandırılmasına xaricdən kömək olmasa bunu Türkiyə təkbaşına edəcək". Bunu mayın 17-də Türkiyə prezidenti Recep Tayyip Erdogan İstanbulda deyib."İslam dövləti" qruplaşması yaraqlıları vaxtaşırı Suriya ərazisindən bu şəhəri raket atəşinə tutur.
Rusiya bankları Ukraynadan gedir
“Sberbank, VTB, Vneshnoekonombank Ukraynadakı filiallarını satmaq fikrindədir”. Bu barədə Rusiyanın “Kommersant” qəzeti mənbələrə istinadla yazıb.