«Azərbaycanda iri supermarket şəbəkələri ərköyünlük edir».
APA-nın xəbərinə görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov iri supermarket şəbəkələrinin vergi güzəştləri təklifinə münasibət bildirərkən deyib.
«2016-cı ildə apardığımız təhlillər zamanı çox qəribə məsələlər ortaya çıxıb. Aparılan xronometraj müşahidələri zamanı məlum olub ki, iri marketlər faizlə yox, dəfələrlə dövriyyəni gizlədir. Artıq 3-4 dəfə dövriyyənin gizlədilməsi bizə adi hal kimi gəlir. Hətta 40 dəfə aşağı göstərənlər var." ardı
Müdafiə Nazirliyi: "800 hektar yox, 2000"
Azərbaycan Müdafiə Nazirliyi aprel döyüşləri zamanı işğaldan azad edilən ərazilərlə bağlı açıqlama yayıb.
Məlumatda deyilir ki, əks-həmlə əməliyyatları zamanı Ağdərə (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti), Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəkliklər və strateji əhəmiyyətli ərazilər işğaldan azad edilib.
«Ermənistan tərəfinin rəsmi açıqlamalarında guya cəmi 800 hektar ərazini itirdikləri bildirilsə də, azad edilən ərazilərin sahəsinin qəsdən azaldılması açıq-aydın görünür. Həqiqətdə isə Silahlı Qüvvələrimiz 2000 hektardan (20 km2-red.) artıq ərazini azad edib»,-məlumatda bildirilir.
Amnistiya kimlərə aid olacaq?
Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi ilə bağlı Milli Məclisə təqdim olunmuş layihəsində amnistiya tətbiq edilməsi nəzərdə tutulan şəxslərin dairəsi məlum olub.
APA xəbər verir ki, qərar layihəsinə əsasən, yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər, bu şəxslərdən başqa müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər, intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər və başqaları amnistiyaya düşə bilər.