Keçid linkləri

2025, 22 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:47

AzadlıqLive - Bir qoyun dərisi 25 qəpiyə?

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

17:19 17.5.2016

Mehriban Əliyevanın amnistiya təşəbbüsü

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciət edib.

Bunu Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib.

Amnistiya aktı təşəbbüsü 28 May Müstəqillik günü ilə bağlıdır. Z. Əsgərov qeyd edib ki, layihədə Amnistiya aktının 10 minə qədər insanı əhatə etməsi, o cümlədən 3 500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur.

18:29 17.5.2016

Valideynin işdən tez çıxması qayğısına qalmaqdansa, ona maddi dəstək edilsin

Milli Məclisin üzvü Araz Əlizadə bu fikirdədir. Onun sözlərinə görə, “Əmək Məcəlləsi”nə belə dəyişiklik etməkdənsə, hər ailəyə uşaqbaşına 100 manat verilsin: “Hər ailədə, adətən, iki uşaq olur və hər uşağa aylıq 100 manat ona görə verilməlidir ki, ana işləməyib uşağını tərbiyə etsin. Ancaq o analar işləsin ki, işləməyə bilmirlər, öz peşələrinin vurğunudurlar və karyera barədə də düşünürlər”. Ətraflı axşam saat 8-də AzadlıqLive-da Radioda

18:44 17.5.2016

Bloqqer Navalny-ya hücum olub

Rusiya müxalifətinin lideri Aleksey Navalnı və ətrafındakı adamlar Anapa şəhərinin hava limanında kazak paltarı geyinmiş şəxslər tərəfindən döyülüblər.

Döyülənlərdən biri Rusiyanın Dozd telebiziyasının aparıcısı Artem Torchinskidir.

20:36 17.5.2016

Bu günki AzadlıqLive-da:

Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciət edib. Amnistiya aktı təşəbbüsü 28 May Müstəqillik günü ilə bağlıdır. Layihədə Amnistiya aktının 10 minə qədər insanı əhatə etməsi, o cümlədən 3 500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur.

Vyana görüşündən Bakıda hansı nəticələri çıxarırlar? Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov : “atəşkəs indiki təmas xəttində gücləndirilə bilməz. Yeni xətdə, yəni ermənilərin geri çəkilməsindən sonra yaranacaq yeni xətdə atəşkəsin güclənməsi mümkündür”

Tofiq Zülfüqarov: “Kameralar bunu saxlaya bilməyəcəklər”
Gözlə

No media source currently available

0:00 0:04:59 0:00
Direct-ə keçid


Təkbaşına uşaq böyüdən valideyn işdən 48 dəqiqə tez çıxa bilər. Təkbaşına uşaq böyüdən valideynə güzəşt edildi. Millət vəkili Araz Əlizadə deyir ki, ondansa hər uşağa görə 100 manat versinlər

Araz Əlizadə: "Dövlət hər uşağa görə anaya 100 manat verməlidir ki..."
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00
Direct-ə keçid

Sahib Məmmədov: "Uşaqlı ana işdən 3 saat tez getsə, heç kim o 3 saata görə ona ödəniş etməyəcək"
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00
Direct-ə keçid

Gənc fəalın işgəncə iddialarına cavab verən yoxdu. Daxili İşlər Nazirliyi şərh vermir, Ombudsman aparatı araşdırdığını deyir, İşçi Qrup “həftəsonu nəsə deyə bilər”

Davamı

XS
SM
MD
LG