Moskvada banka hücum edib, adamları girov götürən öldürüldü
Rusiya Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, Moskva şəhərinin şərqindəki banklardan birində adamları girov götürmüş şəxs, xüsusi qüvvələrin binaya hücumunun gedişində öldürülüb.
Pervomayskaya küçəsindəki banka daxil olan silahlı şəxs ona 4, 7 milyon rubl (63, 4 min avro) və daha 13 min avro verilməsini tələb etmişdi.
Bundan imtina edildiyi təqdirdə, həmin şəxs binanı partladacağı ilə hədələyirdi.
AFP: Misir təyyarəsi qəzaya uğrayıb
Misir hava yollarının Airbus A320 təyyarəsi Misirin hava hüdudlarında, Yunanıstanın Karpatos adası yaxınlığında qəzaya uğrayıb.
Bunu Frans Press agentliyi Yunanıstanın hava limanındakı mənbəyə istinadla xəbər verir
Təyyarə MS804 reysi ilə Parisdən Qahirəyə uçurdu, mayın 19-u səhər tezdən təyyarə ilə əlaqə itdi.
Təyyarədə 56 sərnişin, 7 heyət üzvü və 3 təhlükəsizlik xidməti əməkdaşı var idi.
Misirin ehtimalına görə, təyyarə Aralıq Dənizinə düşüb.
"Təyyarənin ekipaj üzvlərindən 5-i azərbaycanlı idi"
Rusiyanın Rossiya 24 telekanalının məlumatına görə Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.
Qəzadan yalnız 2 ukraynalının sağ çıxdığı, onların hazırda ağır vəziyyətdə xəstəxanada olduqları xəbər verilir.
Təyyarə qəzasının təfərrüatları barədə məlumat verilmir.
Rafsanjani-nin qızı yenə qalmaqalda
“The New York Times” qəzeti yazır ki, keçmiş prezident Ali Akbar Hashemi Rafsanjani-nin qızı İranda dini təqiblərlə bağlı debatlara səbəb olub
Tanınmış ayətullahın qızının İranda təqib edilən təriqətin qadın başçısının evinə getməsi ölkədə bürpərəst sayılan dini azlıqlarla pis rəftar olunması məsələsini yenidən gündəmə gətirib.
İran mediasının ötən həftə verdiyi xəbərlərdə deyilirdi ki, keçmiş prezident Ali Akbar Hashemi Rafsanjani-nin qızı, 54 yaşlı Faezeh Hashemi bəhayi lideri Fariba Kamalabadi ilə çay süfrəsində görüşüb.