Bu günki Azadlıq Live-da:
2-ci "Heykəl məhbusu" Qiyas İbrahim də daha ağır işgəncələrə məruz qalıb, bu barədə yazdığı izahat əlindən alınıb, İzahatda nələr deyilirdi? Vəkili Elçin Sadıqov bu barədə danışır
Qiyas İbrahimin evində axtarış necə aparılıb? Anası Şura xanım bu barədə bunları deyir
18 may Krım tatarlarının deportasiyası günüdür
Parisdə polis maşınını yandırdılar
Parisdə polisin amansızlığına qarşı çıxan etirazçılar polis maşınını yandırıblar.
Maşının içərisində olan polis əməkdaşları qaça bilib. İnsident Parisin mərkəzi küçələrindən birində, polislərin mitinq keçirmək istədikləri yerin bir neçə yüz metrliyində baş verib.
Aksiyaçılar polis maşınının içərisinə tüstü bombası atıblar.
Mayın 18-də dəmiryolçular və liman işçilərinin keçirdiyi nümayiş nəticəsində qatarların hərəkəti və Böyük Britaniya ilə bərə əlaqəsi kəsilib.
Həmkarlar ittifaqları 1 həftədir ki, bütün ölkə boyu etiraz aksiyaları keçirirlər.
18 may Krım tatarlarının deportasiyası günüdür
1944-cü ilin 10 may tarixində Lavrenti Beriya Krım tatarlarını Almaniya tərəfində SSRİ-yə qarşı mübarizə aparmaqda və "vətənə xəyanətdə" ittiham edərək onların sərhədyanı bölgələrdən ittifaqın daxili hissələrinə - Orta Asiyaya sürgün olunması fikrini rəsmən yazılı şəkildə Stalinə təqdim etdi. Tezliklə - 18-22 may tarixini əhatə edən deportasiya planı hazırlandı. Beləliklə, 18 may sübh tezdən Krım tatarlarının məcburi köçürülməsi başlandı. Mayın 20-nə 180014 nəfər artıq köçürülmüşdü. Nəhayət 22 may tarixində yekun hesablamalara əsasən 194155 nəfər Krım tatarı deportasiya olundu.
Bakıda Krım tatarları bu günü yad ediblər
Azərbaycanda yaşayan Krım tatarı ilə söhbət axşam saat 8-də AzadlıqLİve-da radioda
30 ömürlük məhkuma şəxsiyyət vəsiqəsi verilib
Mayın 18-də Qaradağ rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin həbsxanasında ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı tədbir keçirilib.
Xidmətin saytında deyilir ki, tədbirdə Penitensiar Xidmət və Qaradağ rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları şəxsiyyəti təsdiq edən sənədi olmayan 30 məhkuma şəxsiyyət vəsiqələri təqdim ediblər.
Görəsən ömürlük məhkumun şəxsiyyt vəsiqəsi nəyinə lazımdır?