Keçid linkləri

2026, 15 Mart, bazar, Bakı vaxtı 06:21

Meşələr hələ iki həftə yanacaq

Kanada meşə yanğınları.
Kanada meşə yanğınları.

-

Kanadanın Alberta əyalətində bir neçə gündür meşə yanğınları davam edir.

Yerli medianın yanğınla maraqlanmamaqda ittiham etdiyi baş nazir Justin Trudeau helikopterlə yanğın bölgəsinə baş çəkib.

Baş nazir keçirdiyi mətbuat konfransında yanğınsöndürənlərə təşəkkür edib.

Yaşayış yerlərindən uzaqlaşdırılmış yanğının hələ iki həftə davam edəcəyi gözlənilir.

İndiyə qədər 2 min 410 kvadratkilometr ərazi yanıb kül olub. Əraziyə yaxın yaşayış yerlərində 2 mindən artıq bina istifadəyə yarasız vəziyyətə düşüb. 530 ev isə zərər görüb.

Evlərindən çıxarılan 88 min adama maddi yardım göstərilib. Evləri yanmış adamlar üçün yeni evlər inşa olunacaq.

XS
SM
MD
LG