-
Alyoşa
Yarımada-m
1
Ruhundan çıxarılan analıq qısır torpaq parçasıdı—yarımadam
Yenidən böyüməyin pərdəsi kirli, günəş yorğun doğmaq istəmir mavini
ən qırıq yerində səsin keçmişlik bağlayır şüuru
öl de paltarlarımızdan çıxıb divə gedək
it hürən tərəfdə güllə açılır göyə
o hürüşmələr çıxıb tanrıya göstərir işığı
2
İşğal edilmiş sözlərdən evini götür və yerinə
Daha sevgili olmamış oğlunun bədənini qoy bir
Mərmi girib yaşasın dəmir dövrlərin xarabalığı kimi ki
Çıxıb üstündə günəşi oyuq hərfləriylə oxusun
3
Təbii ki, müüüəəəllliiimmm,
Təbii ki bunlar yoxdu bizim təsəvvürümüz pozulub aynayla
Yoxsa kim ölmək üçün doğlub ki???
Sabah da, sabahın sabahında da cücərmiş ümid eynini oxuyur
Və məndə çoxalan təkbətəklər hələ də y-a-ş-a-y-ı-r-r-r-r
Başqa nə etmək olar ki
Götür əllərimi bədənin olsun,
Böyütsən bəlkə tanrı da olar və yaradar gözlərini və cığırlayar yollarını
Sən də o sözlə olarsan var
İndi qayıtmaqdayıq nağılımıza, almalar yolda və inanıram ki tikanları hazır kirpinin
İlk deyilməli olan ən rahat nəfəs
ən uşaq nəğmədə tərəddüddə q-ə-h-r-ə-m-a-n
Və yenidən səhərin günəşi axır almalanmağa
adamın sevdiyim gülüşüdü tanrıçılıq
adamda sevdiyim yola düşüb tanrıçılıq
tanrıda ölübdü k-ə-d-ə-r
tanrı uşaqlaşmamış doğumdu heyif ki
böyüyüb adam olmağı vəzifə alacaq
bu ölməyin adı haradasa cızılıb, oxu mənə
yadıma sal ilk hərfi həriflənməyi
bu heca sənin harandansa başlayır, sözləndirə bilmirəm, acizdi olmaq, sevin
İndi bitəcək səs və əbədi s-ü-k-u-t
4
Biz bu gün də söz verdik adam olmağa
Anamız yola su verdi yol çay dəniz gördü
Gəmi oldu ayaqlarımdan üzüb bir qadına itdi
Biz bu gün də oyandıq günəş şahid gözlərimizə
Hara baxsaq rəng olar o anın qəhvəyi qırmızısı
Uzaqlaşar taksidə zaman tənha məkan
Böyüyəmmədik
ərikdə qaldı əlimiz
5
olmağın əlyazısıdı bədən aynaya bölünüb
yad kimi oxumağa çalışar üzünün əslini, alnının yenisini
gecə röyaya qaçmış bir barmaq əskik ovucunda
təbəssümmüş uzun illər adı
baxıb görməkdədi üzbəüz ölüsü
düşüb qalıb ağız kənarlarında
təkcə başı getmişdi yuxuya
doğulmaqdan əl çəkmiş dünyanı
atıb harasa vurnuxur
çıxarır yataqdan əli oyuncaq qolunu
oyuncaq qırır oyunu
buraxıb evə gedir atasız
qatarda gözəl bir at
gəlib durdurdu zamanı ki ölülər keçmişimizdən
bir qatarla keçsin ayaqlarımızı
uzaqlara bir şey qatır içimiz
post-sənayedən düşmüş yorğun bir yorğa dəmir
kişnədi qoca kişinin gözündən
alıb itərkən qocaldı bütün zamanımız
biz hələ ölümə keçməmişik
sinəmizdə özünü döyən ürək çiyələk arzulayır
düşüb cığırlara qaçhaqaçhaqaçha
dünəni yarılayırıq sonrasında bu gün səhər başlayır
biz hələ ölümə minməmişik
yorğun yorğa bir dəmir
ayaqlarımızdan girir dünyamıza tökülür bütün səsi ovuclarımıza
qatarda bir at
qatarda bir ağ at
qatarda gözəl bir ağ at
qatarda gözəl bir ağ atın qanadları yoxdu
hara getsə at oradı qatar
uşaqdan kəpənəyə doxsanlar
şəhərin ölü uşaqlardır səsi
sürünüb dezodrantlı podvallarda dil açır
yüzə qədər saymağı öyrədib döşlərinə sevgilisi
sonrasında azadlıq, adam-madam fikirləşərkən
atası rəhmətlik ayağa dura bilsə
bir dəstə çiçək masaj salonunun rəngində
bugünkü dərsimiz, neon lampalar
yadına düşsə adı həyətində zivədə
onu da soyunar yuxusu hamı üçün
dirilik suyunda bitən ayaqları
qatara minir hamamdan saçını qurutmamış
yarısını salar səkiyə
bugünkü dərsimiz: əli silahı tut
düyməsiz Məryəm tapılıbdı bir gecə yarı
bu dəqiqələrdə dövran dövran,
ki onun da əlində qolsuz oyuncaqdan
bütün taksilər Xəzərə tökülür ay işığında,
balıqçını qayıqda unudan balıqlar
Məryəm harası bu sahilin
bugünkü dərsimiz, yosundan adammadamlar.