-
Dünyada 390 min 900 növ bitki var. Bu barədə yeni araşdırma açıqlanıb.
Hesabatı Londonun Kyu Kral Botanika Bağlarının 80 eksperti hazırlayıb.
Bu, dünya florasının sayına göstərən ilk rəqəmdir. O da vurğulanır ki, ötən il 2 min 34 yeni bitki növü kəşf edilib. Ümumiyyətlə, hər il 2 minədək yeni bitki növü tapılır.
Ancaq hesabatda xəbərdarlıq edilir ki, bitkilərin 21 faizinin kökü kəsilmək üzrədir. Onlara iqlim dəyişikliyi, fermer fəaliyyəti və meşəçilik, müxtəlif xəstəliklər və parazit növlər təhlükə yaradır.