Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 17:37

Yeni dopinq ittihamları araşdırılacaq


İstifadəsi qadağan olunmuş maddə

-

Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiyaya qarşı yeni dopinq ittihamlarını araşdırır. İddialara görə, Soçi olimpiadasında dörd rusiyalı qızıl medalçı steroiddən istifadə edib. Bu iddiaları Rusiyanın keçmiş antidopinq rəsmisi Vitaly Stepanov irəli sürüb. O, mayın 8-də ABŞ-ın CBS televiziyasının “60 dəqiqə” proqramına danışıb.

WADA sözçüsü Ben Nichols mayın 9-da AP agentliyinə deyib ki, bu iddialar heç bir yubanma olmadan araşdırılır.

Rusiya Soçi oyunlarında 13 qızıl medal qazanıb. CBS dopinq qəbul etmiş oyunçuların adlarını açıqlamayıb.

Rusiya idman rəsmiləri isə iddiaları dərhal təkzib edib.

XS
SM
MD
LG