Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:16

BİU-da qəbul qaydası dəyişdirilir


Hacı Sabir Həsənli 
Hacı Sabir Həsənli 

-

Bakı İslam Universitetinə (BIU) qəbul qaydalarında müəyyən dəyişiklik edilib.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli bunu «Trend»ə bildirib.

Onun deməsinə görə, indiyədək BİU-ya qəbul olmaq istəyən şəxslər qabiliyyət imtahanı verdikdən sonra test imtahanında iştirak edirdilər: «Ancaq bu ildən namizədlər əvvəlcə TQDK-nın imtahanlarında iştirak edəcəklər. Qəbul üçün tələb olunan 100 balı topladıqdan sonra universitet özü qabiliyyət imtahanını keçirəcək. Keçən il belə deyildi. Ötən il abituriyentlər əvvəlcə qabiliyyət imtahanını verir, bundan sonra test imtahanına girirdilər. Bəzən tələb olunan balı toplaya bilmirdilər. Ona görə də, biz uşaqları itirirdik. Bu il isə əksinə etmişik ki, uşaqları itirməyək».

S.Həsənli deyib ki, bu il universitetə qəbula 100-ü əyani, 25-i qiyabi təhsil olmaqla, 125 plan yeri ayrılmasına qərar verilib.

Hazırda BİU-da təhsilin ödənişli əsaslara keçdiyini deyən S.Həsənli qeyd edib ki, tələbələrin əksəriyyətinin maddi vəziyyəti orta və ortadan aşağıdır: «Ona görə də, təhsili ödənişli etmək problem yaradır. Elə tələbələrimiz var ki, 1-ci tədris ilində təhsil haqqını ödəyiblər. Amma nə 2, nə 3, nə də 4-cü tədris ili üçün təhsil haqqını ödəyə biliblər. Onları universitetdən xaric etməyi doğru hesab etmirik».

BİU 1991-ci ildən fəaliyyətə başlayıb və Qafqazda ali ruhani təhsil verən yeganə dini universitetdir.

XS
SM
MD
LG