Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:03

Stalin-in şəkli olan plakatı korladılar


Stalin
Stalin

-

Rusiyanın Novosibirsk şəhərində keçmiş SSRİ rəhbəri Joseph Stalin-in yol qırağındakı plakatında naməlum şəxs və ya şəxslər rəsm çəkib. Bu barədə «AST-54» nəşri xəbər verib və plakatın fotosunu yayıb.

Plakat Rusiyanın Kommunist Partiyasına məxsus olub. Partiya plakatın korlanması ilə bağlı polisə müraciət edəcək.

Yerli saytlar xəbər verir ki, novosibirskli kommunistlər Qələbə gününü bayram etmək üçün Stalin-in rəsmi olan 25 plakat sifariş ediblər. Novosibirsklilərin çoxu buna birmənalı yanaşmayıb.

Məlumatlara görə, Stalin-in plakatı hətta Britaniya mətbuatının diqqətini də cəlb edib. «The Daily Mail» yazıb ki, Stalin bir milyondan çox adamı siyasi təqiblərə məruz qoyub, məhv edib, yüz minlərlə adam QULAQ-a göndərilib, kütləvi aclıq və deportasiyaya məruz qalıb: «Ancaq bununla belə, Stalin müasir dövrdə rusiyalılar üçün güclü lider, öz ölkəsini qələbəyə aparan və Qərbin qarşısında dayanmağı bacaran rəhbər kimi heyrət doğurur», -qəzet yazır.

TASS xəbər verir ki, Surqutda «Rus ruhu» ictimai təşkilatı Rusiyanın «Böyük Vətən Müharibəsi» adlandırdığı İkinci Dünya müharibəsinə əsgərlərin yola salındığı yerdə Stalin-in büstünü qoymaq istəyirlər. Yerli rəhbərlik bu təklifi gözdən keçirir.

XS
SM
MD
LG