Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:35

Bulvar sakinlərin üzünə bağlanır


Bakı Bulvarı
Bakı Bulvarı

-

«Formula-1» ərəfəsində yarışların keçdiyi küçələrdə və trekin əhatə etdiyi ərazilərdə nəqliyyatın hərəkətinə qadağa qoyulacaq.

«Report»un xəbərinə görə, tamaşaçıların təhlükəsizliyini və hərəkətin fəaliyyətini təmin etmək məqsədilə Nəqliyyatın İdarə Olunması Planı (NİOP) hazırlanıb. Plana əsasən, Halqanın keçdiyi küçə və trekin əhatə etdiyi ərazilərdə iyunun 14-ü saat 01:00-dan etibarən nəqliyyatın hərəkətinə imkan verilməyəcək. Bu yasaq bir də iyunun 21-i saat 06:00-da aradan qaldırılacaq.

«Formula-1» şəhərciyinin yerləşdiyi Dənizkənarı Park ərazisinin iyunun 15-i saat 01:00-dan etibarən bağlı olacağı və məhdudiyyətin iyunun 20-si günortaya qədər davam edəcəyi bildirilir.

İyunun 16-sı saat 12:00-dən etibarən yalnız bilet sahiblərinin dənizkənarı bulvara çıxışı olacaq. Şəhər sakinləri bu günlər ərzində, sadəcə, «Park Bulvar» alış-veriş mərkəzindən istifadə edə biləcəklər.

«Formula-1» Avropa Qran-prisi bu il iyunun 17-19-da keçiriləcək. Tərəflərin razılaşdıqları müqaviləyə əsasən, Bakıda bu yarışlar 5 il, yəni, 2021-ci ilə kimi hər il keçiriləcək. Əks halda, ölkə cərimələnə bilər.

XS
SM
MD
LG