Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:59

Leysan yağış gözlənilir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Mayın 7-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeron yarımadasında gecə 10-14, gündüz 19-24 dərəcə isti olacaq. Bakıda isə gecə 12-14, gündüz 20-22 dərəcə isti olacağı bildirilir.

Sabah ölkə rayonlarında şimşək çaxacağı, yağış yağacağı bildirilir. Axşam bəzi yerlərdə yağıntının leysana çevriləcəyi gözlənilir. Gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

XS
SM
MD
LG