Keçid linkləri

Təcili xəbərlər
2021, 21 İyun, Bazar ertəsi, Bakı vaxtı 06:57

Bir əsgər həlak olub


Ordu

-

Mayın 3-ü qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əmrah Yüzbəyov həlak olub.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Müdafiə Nazirliyi qoşunların təmas xəttində atəşkəsin növbəti dəfə pozulmasına görə məsuliyyətin bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirir.

Aprelin 2-dən 5-nə qədər təmas xəttində ağır döyüşlər gedib. Hər iki tərəfdən onlarla əsgər həlak olandan sonra, aprelin 5-də Moskvada yenidən atəşkəs razılaşması əldə edilib. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

XS
SM
MD
LG