Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:50

Bütün yaxşı adamlar axşamlar melanxoliyaya qapılırlar


Erich Maria Remarque'ın "Üç yoldaş" kitabının üzü
Erich Maria Remarque'ın "Üç yoldaş" kitabının üzü

-

Erich Maria Remarque

"Üç yoldaş" romanından parça

Mən tələsmədən geyindim. Bu, bazar gününü hiss etməyimə kömək etdi. Üzümü yudum, otağa keçdim, qəzet vərəqlədim, qəhvə dəmlədim, pəncərənin qarşısında dayanıb səkinin suvarılmasına tamaşa etdim, qəbiristanlıq ağaclarının yuxarısında ötən quşları dinlədim, sanki Cənab Tanrının hansısa bala tütəkləri luna-park yelləncəklərində melanxolik nəğmələr çalırdı.

İyirmi dəfə çox köynəyim, corabım varmış kimi uzun-uzadı köynək və corab seçdim, sonra kostyumun ciblərini çevirib boşaltdım: qəpikləri, cib bıçağını, açarları, siqareti tökdüm, birdən dünənki qızın adı və nömrəsi – Patrisiya Holman.

Kağızı masanın üstünə qoydum. Doğrudanmı onunla uzaq keçmişdə yox, elə dünən görüşmüşdüm? Onun xəyalı gümüşü-mirvari sərxoşluq dumanında batmamışdımı? İçki nə qəribə şeydir. İçən vaxt çoxlu fikirlər keçir ağlından, beynin ayıq olur. Bir gecə keçəndən sonra isə bütün olanların üstündən böyük zaman ötdüyünü sanırsan. Kağızı kitabın üstünə qoydum. Ona zəng edim? Hə, ya dəyməz? Gündüz hər şey gecəkindən fərqli görünür.

Sakit həyatım məni tamamilə qane edirdi. Son illər yetərincə səs-küy, söz-söhbət olmuşdu. "Özünə heç kəsi yaxın buraxma” – Kester deyirdi, - "buraxanda saxlamaq istəyirsən. Heç nəyi saxlamaq olmaz...”

***

Biz şəhərin sakit kənar küçələrilə şütüyürdük. Külək güclənmişdi, elə bil gecəni qabağına qatıb qovurdu külək.

Miyanə meydanın ətrafında kiçik bağçalarında yatmış balaca evlər vardı Mən maşını saxladım. Patrisiya Holman dikəldi, bəlkə də yuxudan oyandı.

- Nə yaxşıdı – dedi. – Mənim maşınım olsaydı, hər axşam belə sakit gəzintiyə çıxardım. Küçələrdən səssiz keçəndə hər şey əcəb əfsanəvi görünür. Hər şey aydın, eyni zamanda yuxudakı kimi olur. Maşınım olsaydı, belə hər axşam gəzintiyə çıxsaydım, axşamlar heç kimə ehtiyac olmazdı...

Mən siqaret qutusunu çıxardım.

- Hə, axşamlar adam istəyir yanında kimsə olsun.

- Axşamlar... - o dedi. – Qaranlıq çökəndə. Görəsən, niyə?

XS
SM
MD
LG