Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 14:46

9 gündə 240 mülki ölüb


Suriya. Aleppo. 28 Aprel, 2016

Suriyada son 9 gündə ölən mülkü şəxslərin sayı 240-ı keçib.

Rusiya Assad hakimiyyətinə bombardmanı dayandırma çağırışı etməyəcəyini bildirib. ABŞ isə atəşkəs rejiminin pozulmasında Suriya hakimiyyətini ittiham edib.

Latakiya və Dəməşq ətrafında sakitlik hökm sürərkən Hələbdə şiddətli döyüşlər, hava hücumları davam edir.

Paytaxt Dəməşq ətrafında atəşkəsin azı 24 saat davam edəcəyi gözlənilir. Bu vaxt ərzində humanitar yardımların ünvanına çatdırılmasına çalışılır.

Yardım təşkilatları Dəməşq və İdlib yaxınlığındakı Zebadani, Medaya və Fua bölgələrinə dava-dərman çatdırılması üçün atəşkəsin davam etməsinə çağırır.

XS
SM
MD
LG