Keçid linkləri

2025, 09 Fevral, bazar, Bakı vaxtı 03:05

SOCAR təqaüd üçün tələbə seçir


Mayın 1-də ali təhsil müəssisələrinin tələbələri arasında SOCAR-ın təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi -test imtahanı keçirib.

SOCAR bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.

Qeydiyyatı SOCAR aparıb və 1570 nəfər qeydiyyatdan keçib.

Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunub. Onlardan 30-u qapalı, 10-u isə açıq tipli test tapşırıqlarıdır.
Nəticələr TQDK-nın internet saytında yerləşdirilib və SOCAR-a təqdim olunub.

Komisiyanın saytı xəbər verir ki, qeydiyyatdan keçmiş 1570 namizəddən 233 nəfəri imtahana gəlməyib.

Ən yüksək nəticə, toplanılması mümkün olan 40 baldan, 39 bal yığılıb.


İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni SOCAR-ın məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

XS
SM
MD
LG