Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 02:35

"Hələb yanır"


Suriya. 29 aprel, 2016-cı il. İllüstrativ foto

Aprelin 30-dan gecə Suriyanın Dəməşq və Latakiya şəhərlərində atəşkəs davam edərkən Hələbdə atəş səsləri eşidilir.

Bu şəhərdə son 8 gün ərzində 250-dən çox adam həlak olub. Mülki şəxslər “Hələb yanır” şüarıyla beynəlxalq ictimaiyyətdən yardım istəyir.

Suriya ordusu ilə Rusiyanın qırıcı təyyarələrinin bombardmana tutduğu şəhərin müxtəlif yerlərində yaxınları dağıntılar altında qalanları çıxarmağa çalışır. Bombardman olunan yerlər arasında xəstəxanalar və məscidlər də var.

Hələb Suriyadakı daxili müharibədən əvvəl ölkənin əsas ticarət mərkəzi olub. İndi xarabalığa çevrilən bu şəhər Suriya ordusu, müxaliflər, İŞİD və kürd silahlıları - PYD arasında bölünmüş vəziyyətdədir.

XS
SM
MD
LG