Hələbdə hospitalın vurulması nəticəsində azı 50 nəfər ölüb.
“Sərhədsiz həkimlər təşkilatı” nın məlumatına görə, ölənlərdən 6-sı səhiyyə işçiləridir.
Üsyançıların nəzarətində olan ərazidəki “Əl Quds” xəstəxanası aprelin 27-nə keçən gecə havadan vurulub.
ABŞ Dövlət katibi John Kerry aprelin 28-də bu hücumu kəskin pisləyib.
O bildirib ki, Rusiya Suriya rejiminin mülki şəxslər və tibb müəssisələrinə hücumların qadağan edilməsi ilə bağlı BMT-qətnamələrinə əməl etməsi üçün ona təcili təzyiq göstərməlidir.