Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 08:38

MSK-da təkrar seçki hazırlıqları


MSK (arxiv fotosu)

Mərkəzi Seçki Komissiyasının aprelin 29-da keçirilən toplantısında nəzarət-təftiş xidmətinin yaradılması haqda qərar qəbul edilib. Komissiya üzvü Ramiz İbrahimov xidmətin sədri seçilib.

MSK-nın Mətbuat Qrupunun tərkibi də yenidən təsdiqlənib. Qrupun rəhbəri dəyişib, əvvəlki rəhbər, Vəkillər Kollegiyasının sədri Azər Tağıyevi komissiyanın üzvü Qabil Orucov əvəzləyib.

Toplantıda təkrar parlament seçkiləri keçiriləcək 90 saylı Ağdaş Seçki Dairəsi üzrə iddialı siyasi qüvvələrin səlahiyyətli nümayəndələrinin qeydiyyatı da müzakirə olunub. Seçkiyə qatılacaq olan hakim Yeni Azərbaycan Partiyasının və Ümid Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıblar.

Hazırda həbsdə olan REAL hərəkatının rəhbəri İlqar Məmmədov da bu dairədən namizədliyini vermək fikrində olduğunu açıqlamışdı.

Yaxın dəqiqələrdə Şəki Apelyasiya Məhkəməsi İlqar Məmmədovla bağlı yekun qərarını açıqlamalıdır. Vəkilləri ona bəraət verilərək azadlığa buraxılmasını istəyirlər.

XS
SM
MD
LG