Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 08:40

Suriyada vəziyyət pisləşib


Jan Egeland

BMT-nin Suriya üzrə humanitar missiyasının rəhbəri Jan Egeland Hələb və Homsun bir sıra rayonlarında vəziyyətin faciəvi şəkildə pisləşdiyini bildirib.

O Hələbdə üsyançıların mövqelərinin bombalandığını və nəticədə 60-dan çox adamın öldüyünü, xəstəxana binası və digər tikililərin dağıldığını deyir.

Egeland deyib ki, yaxın saatlar və günlərdə atəşkəs rejiminin taleyi həll olunur.

BMT-nin Suriya üzrə elçisi Stefan de Mistura da bundan əvvəl atəşkəs rejiminin tam dağılmaq təhlükəsində olduğunu demişdi.

5 ildir ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.

XS
SM
MD
LG