“Apple” şirkətinin rüblük gəliri son 13 ildə ilk dəfə azalıb.
Bu məlumat səhmdarlar arasında həyacana səbəb olub və korporasiyanın səhmləri 7,5 faiz düşüb.
Həmçinin ayfonların satışı azalıb.
ABŞ-dan sonra ikinci olan Çin bazarında satış təxminən 4 dəfə azalıb.
Analitik Frenk Cillet hesab edir ki, bu bazarın doldurulması, rəqiblərin üçuz telefonları və s faktorlarla bağlıdır.
“Apple” şirkəti bundan əvvəl yeni iPhone 6S və 6S Plus modellərini nümayiş etdirib.
Amma analitiklərin sözlərinə görə, şirkətin fanatları onları almağa tələsmir və bu il çıxmalı olan ayfon 7-ni gözləyirlər.