Keçid linkləri

Təcili xəbərlər
2021, 19 May, çərşənbə, Bakı vaxtı 00:33

Belçika Abdeslamı Fransaya verib


Foto arxiv

Belçika ötən ilin noyabrında Paris hücumlarında əsas şübhəlilərdən biri Salah Abdeslamı aprelin 27-də Fransaya verib.

Hər iki tərəfin hüquq-mühavizə orqanları məlumatı təsdiqləyib.

Həmin hücumlardan sonra axtarışda olan 26 yaşlı Abdeslam bu il martın 18-də Brüsseldə yaxalanıb.

Müstəntiqlərin sözlərinə görə Abdeslam noyabrın 13-də Paris hücumlarının təşkilində iştirakını etiraf edib və bildirib ki, özünü həmin vaxt futbol stadionunda partlatmalı imiş.

Amma son dəqiqədə bundan imtina edib.

Xatırladaq ki, Paris hücumlarında 130 nəfər ölüb.

XS
SM
MD
LG