Mayın 5-dən 21-dək Bakıda keçiriləcək UEFA U-17 Avropa çempionatında iştirak edəcək komandaların Bakıya gələcəyi vaxt bəlli olub.
AFFA-nın rəsmi saytında yerləşdirilən məlumatagörə, Bakıya birinci Ukrayna millisi gələcək.
Komanda Bakıya aprelin 29-da gələcək.
Milli komandaların gəlişi aprelin 29-u-mayın 3- arasında olacaq.
Bakıya son olaraq mayın 3-də ispaniya millisi gələcək.
Qeyd edə ki, 17 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatı bu il Bakıda keçirilir.