Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:44

Sabah 30 dərəcə isti olacaq


Günəş
Günəş

-

Aprelin 27-si Bakıda və Abşeron yarımadasında yağıntı gözlənilmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, Abşeronda gecə 10-14, gündüz 24-27 dərəcə isti olacaq. Bakıda isə gecə 11-13, gündüz 23-25 dərəcə isti gözlənilir.

Sabah ölkənin rayonlarında da ciddi yağıntı gözlənilmir. Axşam isə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimal edilir. Gecə 10-15, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti olacaq.

XS
SM
MD
LG