Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 10:55

ABŞ-ın zərbələrindən 20 dinc sakin ölüb


F-22

-

Amerika aviasiyası İraq və Suriyada özünü «İslam dövləti» adlandıran hərbi qruplaşmanın mövqelərinə zərbələr endirərkən 20 mülki şəxs həlak olub, 11-i yaralanıb.

Bunu Pentaqon bildirib. Amerika hərbi rəhbərliyinin məlumatına görə, söhbət 2015-ci il sentyabrın 10-dan bu il fevralın 2-nə qədər olan müddətdən gedir.

Dinc sakinlər 9 aviasiya zərbəsindən – altısı İraqda, üçü Suriyada –həlak olublar.

Londonda yerləşən «Airwars» monitorinq qrupu dinc qurbanların sayına şübhə ilə baxır, hesab edir ki, radikal islamçıların mövqelərinə zərbələr endirən beynəlxalq koalisiyanın hücumlarından yüzlərlə dinc sakin həlak olub.

Ötən ilin sentyabrından Rusiya Suriyada radikal islamçılara qarşı əməliyyatlar keçirir. Qərb Rusiyanı Assad rejiminə qarşı çıxan qüvvələrlə vuruşmaqda ittiham edir.

XS
SM
MD
LG