Keçid linkləri

2026, 15 Aprel, çərşənbə, Bakı vaxtı 22:46

Hərbçinin ehtiyatsızlıqdan öldüyü bildirilir

Foto illüstrasiya
Foto illüstrasiya

-

Müdafiə Nazirliyi hərbi qulluqçunun ehtiyatsızlıqdan vəfat etməsi barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidməti bildirir ki, əsgər Təbriz Həsənov ehtiyatsızlıq ucbatından açılan atəş nəticəsində güllə yarası alıb. Əsgər güllə yarasından vəfat edib.

Nazirlik hadisə ilə bağlı cinayət işinin başlandığını, olayı hərbi prokurorluğun araşdırdığını bildirir.

Olayın konkret hansı tarixdə və necə baş verdiyi açıqlanmır.

This item is part of
XS
SM
MD
LG