Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:05

-

175 dövlətin rəhbəri və yüksəkvəzifəli təmsilçisi BMT-də iqlimlə bağlı Paris razılaşmasını imzalayıb.

Mərasimi BMT-nin baş katibi Ban Ki Moon açıb. Fransa prezidenti François Hollande sənədi birinci imzalayıb.

Rusiya, Çin və ABŞ təmsilçiləri də sənədi imzalayanlar arasındadır.

İraq, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Nigeriya kimi bəzi neft ölkələri hələ ki, sənədi imzalayacaqları ilə bağlı niyyətlərini açıqlamayıblar.

Paris razılaşmasını imzalayan ölkələr atmosferə buraxılan parnik qazı ilə mübarizə aparmağı öz öhdələrinə götürürlər.

Ban Ki Moon deyib ki, indiyədək beynəlxalq sazişi bir gündə bu qədər dövlət birdən imzalamayıb.

Hər ölkə sənədi öz ölkəsində ratifikasiya etməlidir. Çin söz verib ki, Böyük 20-yin sammitinə qədər sazişi ratifikasiya edəcək. Sammit sentyabrın 20-də Çində olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG