Keçid linkləri

Təcili xəbərlər
2021, 13 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:43

Daha 5 klubun menenceri Bakıya gəlir


Foto arxiv

Mayın 5-dən 21-dək 17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatını izləmək üçün daha6 klubun menenceri Azərbaycana gələcək.

AFFA-nın məlumatına görə, bunlar “Mançester Yunayted” (İngiltərə), “Bavariya” (Almaniya), “Monako” (Fransa), “Benfika” (Portuqaliya), “Red Bull Zalsburq” (Avstriya) və “Middlsbro” (İngiltərə) klublarıdır.

Belə ki, bu klublar oyunları izləmək üçün Bakıya gəlmək istəmələri barədə AFFA-ya rəsmi müraciət göndəriblər.

Qeyd edək ki, bundan əvvəl “Mançester Siti”, “Arsenal”, “Sevilya” və “Portu” klublarının menecerlərinin də Bakıya gələcəkləri məlum olub.

XS
SM
MD
LG