Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 01:21

Yazıçılar Birliyi Hərbi vətənpərvərlik Komissiyası yaradıb


AYB

-

Ötən həftələrdə qoşunların təmas xəttində baş verən toqquşmalar münasibətilə dünən Yazıçılar Birliyində xüsusi tədbir keçirilib. "Vətən əmanəti" adlı bu tədbirdə Yazıçılar Birliyinin sədri, yazıçı Anar deyib:

“Bilirsiniz ki, ədəbiyyat bu məsələrlə bağlı həmişə öndə dayanıb, xalqı səfərbər edib. Bugünkü toplantımızın da məqsədi məhz budur.

Son zamanlar cəbhədə baş verən hadisələr göstərdi ki, düşmən nə qədər lovğalansa da, bizim qüvvətli ordumuz və güclü dövlətimiz var.

Başa düşüldü ki, Azərbaycan öz torpağında vuruşur və işi haqdır. Ancaq bunu da bilirik ki, düşmənimiz də güclüdür. Ona görə çalışmalıyıq ki, əks təbliğatımızı da apara bilək. Bunun üçün isə ən önəmli silahlardan biri də sözdür."

AYB-nin yeni yaradılmış Hərbi Vətənpərvərlik Komissiyasının sədri Şahin Musaoğlu komissiyanın tədbirlər planından danışıb:

“Məqsədimiz hərbi vətənpərvərlik mövzusunu ictimaiyyətin nəzərində önə çəkmək və qorumaq, gündəmdə saxlamaqdır. Silahla yanaşı informasiya və ideoloji müharibə də olduqca önəmlidir..."

XS
SM
MD
LG