Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 11:16

Anar, Fikrət Qoca müharibə vaxtı Türkiyədə gizlənmişdilər


Vahid Əziz
Vahid Əziz

-

Azərbaycan Yazıçılar Birliyi növbəti rəsmi açıqlamasını yayıb.

Açıqlamada deyilir:

"Noyabrın 23-də Vahid Əzizin 70 yaşı tamam olur.

Səhərdən başlayaraq saytlarda Vahid Əzizin açıqlamasıyla Azərbaycan Yazıçılar Birliyinin onu niyə təbrik etməməsi baradə ləyaqətsiz bəyanatlar verilir.

Səbirləri çatmlr ki, heç olmasa günün ikinci yarısını gözləsinlər. Rəsmi təbrik isə “Ədəbiyyat qəzeti”nin növbəti nömrəsi üçün hazırlanır...

Odur ki, Vahid Əzizin tələsib, təbrikin gecikməsi münasibətilə haray-həşir qaldırmasına, həmişə ona lazımi qayğı göstərən xalq yazıçısı Anar və xalq şairi Fikrət Qocaya təhqiramiz sözlər söyləməsinə ancaq təəccüblənirik.

Vahid Əzizi 70 yaşı münasibətilə təbrik edir və gələn yubileylərində hövsələli olmağı arzu edirik."

Bəyanatdan əvvəl Vahid Əziz nə demişdi?

“Heç kəs məni təbrik etmədi. Yazıçılar Birliyinin ümumiyyətlə, yadına düşmədim. “Ədəbiyyat” qəzeti belə mənimlə bağlı bir cümlə də təbrik verməyib. Necə ola bilər? Vahid Əziz 40 ildir Yazıçılar Birliyinin üzvüdür.

“Ədəbiyyat” qəzetinin nizamnaməsinə görə yubileyi olan hər bir yazıçı, şair orada təbrik olunmalıdır. Mən Qarabağ müharibəsi veteranıyam. Mən erməni gülləsinin qarşısında oturanda onlar haradasa kabab yeyib. bığlarını yağlayırdılar.

Həmin vaxt – vətənin dar günündə Anar, Fikrət Qoca keflə məşğul idilər. Qorxudan Azərbaycandan qaçıb Türkiyədə gizlənmişdilər. Amma mən döyüşürdüm, xidmət edirdim.

Anar müəllim və Fikrət Qocadan soruşuram: Vahid Əziz Yazıçılar Birliyinin katibi olub, niyə məni təbrik etmədiniz? Heç olmasa, təbrik məktubu da yazardınız... Bunu necə başa düşək? Bu nə deməkdir axı? Bu nə ayrı-seçkilikdir?”

OxuZalı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG