-
Amerikalı pop ulduz Prince Minnesota ştatındakı evində ölü tapılıb.
Prince Rogers Nelson-un 57 yaşı vardı.
Meneceri Yvette Noel-Schure müğənninin aprelin 21-də dünyasını dəyişdiyini söyləyib.
Yerli şerifin bildirdiyinə görə, Prince liftdə tapılıb, evinə təcili yardım çağrılsa da, onu özünə gətirmək mümkün olmayıb.
Hələlik ölümün səbəbi bəlli deyil. Prince qripə yoluxduğundan aprelin 7-də Atlantada konsertini təxirə salmışdı.
Prezident Barack Obama bəyanatında deyib ki, həyat yoldaşı ilə birlikdə Prince-in qəfil ölümündən kədərlənən “milyonlarla pərəstişkarına qoşulur”.
Prince 1970-ci illərin sonlarında məşhurlaşıb. Amerika pop musiqisinin ulduzuna çevrilib.
Dünya üzrə onun 100 milyondan çox albomu satılıb. Grammy mükafatlarına layiq görülüb.