Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 14:11

Sərmayəsiz neftdənkənar sektor necə qol-qanad aça bilər?


►Rəsmi statistika göstərir ki, 2016-cı ilin ötən müddətində yatırımlar kəskin azalıb.

Özəlliklə hökumətin iqtisadiyyatın inkişafı üçün tək ümid yeri saydığı neftdənkənar sektorda.

Axı məhz bu sektor zirvə dövrüylə müqayisədə gəlirlərini 10 milyard dollaradək itirən neft sektorunun da yükünü çəkməlidir.

Ötən ilin ilk rübünə nisbətən 2016-cı ilin yanvar-mart aylarında qeyri-neft sektoruna investisiyalar 3 dəfəyədək azalıb və 1 milyard 700 milyon manatdan 626 milyon manata enib.

Hökumət üzvləri isə son çıxışlarında, hələ də, iqtisadiyyatın neftdənkənar sektor hesabına artdığını deyirlər. Onlar gələcək inkişafı da elə həmin sektordan gözləyirlər. Bu durumda - yəni sərmayə yatırmadam neftdənkənar sektor necə gəlişə bilər?

___________________________________________________________

Bunlara da bax:
İlqar Məmmədovun məhkəməsi başlanır
Türk fermer Rusiyadan deportasiya edildi

___________________________________________________________

“Kiçik pay, üstəlik, kəskin azalma…”

İqtisadçı ekspert Rövşən Ağayev qeyri-neft sektorunun 4 aparıcı qolunda sərmayələrin azalmasına diqqəti çəkir:

“Mənzil tikintisinə qoyulan sərmayələr 255 milyondan 125 milyon manata, kənd təsərrüfatına yatırılan sərmayələr 69 milyon manatdan 21 milyon manata, turizmə qoyulan sərmayələr 27 milyon manatdan 5 milyon manata və neftdənkənar emal sənayesinə yatırılan sərmayələr 27 milyon manatdan 18 milyon manata enib”.

Ekspert bu 4 istiqamətin toplam sərmayə yatırımlarındakı cəmi 5.8 faizlik payına da diqqət çəkib:

“Bu qədər kiçik payda, üstəlik, kəskin azalma da var. Halbuki ötən ilin birinci rübündə həmin rəqəm 11.6% olmuşdu. Sərmayədən səmərəli istifadəni kənara qoysaq belə, çox sayda insana iş və qazanc yeri olduğunu, dövlət büdcəsinin vergi mənbəyi sayıldığını gözardı edə bilmərik”.

“Dinamik artan sərmayə siyasəti və mühiti yoxdursa...”

R.Ağayevin fikrincə, sosial-iqtisadi səmərəliliyi dəqiq əsaslandırılan və dinamik artan sərmayə siyasəti və mühiti yoxdursa, iqtisadiyyat yalnız enişə sürüklənə bilər:

“Sərmayələr belə kəskin həcmdə azalırsa, səbəbi təkcə iqtisadi tənəzzülün doğurduğu resurs qıtlığında axtarmaqmı lazımdır? İqtisadiyyatın perspektivinə, hökumətin islahatlarına güvənsizliyin burda heçmi rolu yoxdur? Bu da bir gerçəklidir ki, böyük neft pulları dövründə Azərbaycan hökuməti "resurs lənəti" nəzəriyyəsinə xarakterik "inkişafsız artım"ı ölkəyə gətirə bilmişdi - əlbəttə, sərmayələrin böyük kəmiyyəti hesabına”.

“İnhisar ucbatından...”

Nazim Məmmədov
Nazim Məmmədov

Ekspert Nazim Məmmədov da Azərbaycan manatının dəyərsizləşməsi, neft gəlirlərinin kəskin aşağı düşməsi fonunda dövlət investisiyalarının azalmasına diqqət çəkir:

“Son illərdə dövlət investisiya xərcləri neftdənkənar sektorun aparıcı faktoru idi. Eyni zamanda digər səbəb - inhisarçılıq ucbatından Azərbaycan iş adamlarınən öz vəsaitini daha yaxşı investisiya mühiti olan Gürcüstan, Türkiyə kimi ölkələrə yönəltməsidir”.

“İslahat olmasa...”

N.Məmmədovun sözlərinə görə, prezidentin başlatdığı islahatlar – monopoliya, o cümlədən məmur sahibkarlığı aradan qaldırılmasa, struktur islahatları davamlılıq qazanmasa, rəqabətli mühit təmin olunmasa, iqtisadiyyat durmadan kiçiləcək:

“Təkcə metal istehsalçılarına "Baku Steel"in hücumları biznes mühitinə elə təsir etdi ki, onu ermənilərin Qarabağda Azərbaycana vurduğu ziyanla müqayisə etmək olar".

“Qeyri-neft investisiyaları da neft sektoru ilə bağlıdır”

Ekspert Zöhrab İsmayılın da fikrincə, olub-bitənlər Azərbaycanda baş verən iqtisadi böhranın nəticəsidir:

“Neftdənkənar iqtisadiyyat da həmin dövrdə 5.7 faiz azalıb. Demək, Azərbaycanda qeyri-neft sektoru, qeyri-neft investisiyaları da dolayısı ilə neft sektoruna bağlıdır. Neft gəlirləri azalınca, bu da təsirini göstərməyə başladı”.

Buna da bax: Bakıdakı obyektlər yenidən sürətlə boşalır

XS
SM
MD
LG