Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:15

İtkin qız axtarılır


Kanal
Kanal

-

Quba Rayon İcra Hakimiyyəti Samur-Abşeron kanalında suyun kəsilməsi barədə göstəriş verib.

«Report»un xəbərinə görə, bu qərarda məqsəd itkin düşən 15 yaşlı qızın kanala düşüb-düşmədiyini aydınlaşdırmaqdır.

Rayonun Barlı kənd orta məktəbinin 9-cu sinif şagirdi G.T. aprelin 19-da günorta saatlarında məktəbdən çıxıb və evə qayıtmayıb. Məktəbli qızın valideynləri onu bir neçə saat axtarsalar da, tapa bilməyiblər. Sonra Quba Rayon Polis Şöbəsinə (RPŞ) müraciət ediblər. Lakin onu hələ də tapmaq mümkün olmayıb.

Polisə verilən şahid ifadələrində G.T.-nın sonuncu dəfə Samur-Abşeron su kanalının yaxınlığında göründüyü qeyd edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional İdarəsinin dalğıc-xilasetmə qrupu Samur-Abşeron kanalında axtarışlara başlayıb. Axtarışlar nəticə vermədiyindən rayon icra hakimiyyəti kanalın suyunun kəsilməsini tapşırıb.

15 yaşlı qızın nişanlı olduğu deyilir.

XS
SM
MD
LG