Keçid linkləri

2026, 14 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:55

Gömrük tarifinə dəyişikliklər edilir

Gömrük
Gömrük

-

«Gömrük tarifi haqqında» qanuna dəyişikliklər nəzərdə tutulur. «Report»un xəbərinə görə, artıq bununla bağlı layihəni parlamentinin İqtisadi siyasət və sahibkarlıq Komitəsi müzakirə edərək plenar iclasa tövsiyə edib. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkına bütün növ malların idxalı mayın 1-dən 5 il müddətinə gömrük rüsumlarından azad edilir.

Layihədə qeyd edilir ki, dəyişikliklər Qaradağ Sənaye Parkının yaradılması haqqında prezidentinin ötən il iyunun 3-də verdiyi sərəncamının 4.2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb.

Hazırda Azərbaycanda Balaxanı, Qaradağ, Mingəçevir və Sumqayıt sənaye parkları, Pirallahıda isə Yüksək Texnoloji Park fəaliyyətdədir. Bu parkların yaradılmasına 2011-ci ildən başlanıb.

This item is part of
XS
SM
MD
LG