Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 16:58
Lavrov Sarkisianla görüşür, Yerevan 22 aprel
Lavrov Sarkisianla görüşür, Yerevan 22 aprel

AzadlıqLive - Rusiya planı keçəcəkmi?

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

13:01 22.4.2016

Prince öldü

Vaxtilə populyarlıəqda və satış rekordlarında Michael Jacksonla yanaşı duran Prince öldü. Onun 57 yaşı var idi. Prince-i aprelin 21-də öz evində ölü tapıblar. Ölümün dəqiq səbəbi bilinmir.

13:06 22.4.2016

Yerevanda Lavrovun səfərinə qarşı aksiya

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevandadır. Ermənistan paytaxtında isə Lavrovun səfərinə etiraz aksiyası keçirilib. Erməni tərəfi iddia edir ki, Rusiya Qarabağ münaqişənin həlli üçün Azərbaycana sərf edən həll yolu təklif edir.

Yerevanda Lavrova qarşı aksiya
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

13:36 22.4.2016

Martirosian Azərbaycandan getdi

«Bu gün Martirosian-lar ailəsini üçüncü ölkəyə yola saldıq».

Bunu AzadlıqRadiosuna Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.

13:48 22.4.2016

Lavrov: "Ermənistan Kazan sənədini rədd etməyib"

“Son illər Rusiyanın vasitəçiliyi ilə bir sıra addımlar razılaşdırılıb ki, bunları həyata keçirmək lazımdır”.

APA-nın məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, həmin addımlara insidentlərin araşdırılması və digər etimad tədbirləri daxildir: “ATƏT praktik planda necə hərəkət etməyin vacibliyi ilə bağlı çoxdan yol xəritəsi hazırlayıb. Biz hesab edirik ki, ATƏT məkanında müxtəlif münaqişələrin həllinə maraq göstərən Almaniya sədrliyi fikrini buna kökləməlidir, ATƏT-in sədri səlahiyyətlərini burada nümayiş etdirməlidir. Berlinin bu sahədə öz məsuliyyətini anlaması üçün hər cür kömək etməyə hazırıq”.

Kazan sənədi ilə bağlı jurnalistin sualına S. Lavrov belə cavab verib: "Danışıqların bilavasitə iştirakçısı kimi deyə bilərəm ki, Ermənistan Kazan sənədini rədd etməyib".

Davamı

XS
SM
MD
LG