-
«Bu gün Martirosian-lar ailəsini üçüncü ölkəyə yola saldıq».
Bunu AzadlıqRadiosuna Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.
Ermənistan «Ölkədaxili Milli Azadlıq Hərəkatı»nın rəhbəri Vahan Martirosian-ın Azərbaycanda qalmaq istəməməsinin səbəbi ilə bağlı sualı N.Cəfəroğlu belə cavablandırıb: «Ailə Azərbaycanda qalmaq üçün sığınacaq istəmədi. Bu da göstərirdi ki, ailə üçüncü bir ölkəyə getməkdə maraqlıdır».
Hüquq müdafiəçisi onun getdiyi ölkənin adını açıqlamayıb.
Vahan Martirosian 2015-ci ilin sentyabrında xanımı və oğlu ilə birlikdə Azərbaycana gəlmişdi. O, media qarşısında çıxış edərək Ermənistandakı ictimai-siyasi durumun ağır olduğunu bildirmişdi.