İlqar Məmmədov məhkəməyə aparılır...Əşyaları ilə birlikdə
Həbsdə olan REAL hərəkatının sədri İlqar Məmmədovun məhkəməsi aprelin 22-də saat 14:30-da Şəki Apellyasiya Məhkəməsində olacaq.
Sabah keçiriləcək məhkəmə prosesi ilə bağlı musavat.com-a danışan REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova deyib ki, " İlqar artıq Şəkiyə aparılıb. Əşyaları da özü ilə götürülüb."
KİV-lər bundan bir nəticə çıxarırlar ki. sabah İlqar Məmmədov azad oluna bilər.
Vəkil Fuad Ağayev da təsdqiləyib ki, İlqar Məmmədovun “ Şəkiyə aparılması, əşyalarının özü ilə götürülməsi doğrudur”.
Bu günki AzadlıqLive-da:
Lavrov əliboş getmir, erməni tərəfi isə "qırmızı xətti"ni elan edir
Supermarketlər "batırıq" deyir
Evə gələn pulun 70 faizi yeməyə gedir
100 ildən çox dövrdə ilk dəfə dolların üstündə qadın portreti olacaq
QARABAĞ SAVAŞINDA ÖLƏNLƏRİN HAQQI...
«Azadlıq» qəzeti hərbi ekspert Üzeyir Cəfərli ilə müsahibəsində Qarabağ döyüşlərində həlak olan insanların ailələrinə ödənməli olan sığorta pullarının verilməməsini gündəliyə gətirib.
Ü.Cəfərli qəzetə deyib ki, əgər hərbi qulluqçu həlak olubsa, ailəsi 11 min manat, yaralanıbsa, xəsarət dərəcəsindən asılı olaraq həmin məbləğin 40-80 faizini almalıdır: ««Azərsığorta» şirkəti müxtəlif bəhanələrlə bu vəsaiti illərdir ödəməkdən imtina edir. Şəhid ailələri bu məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Amma adıçəkilən şirkət bu müraciətlərə reaksiya belə verməyib».Media icmalı
İranda Astara-Astara dəmiryoluna böyük ümidlər bəslənir
İranlı qubernator deyir ki, bununla Hindistandan Şimali Avropaya birbaşa dəmiryolu xətti yaranır, malların daşınması 45 gündən 20 günə düşür