AzadlıqRadiosunun Twitter-də keçirdiyi sorğuda iştirak edə bilərsiz
Futboldan başı çıxan dünya liderləri reytinqi
Beynəlxalq Futbol Federasiyasının keçmiş prezidenti Sepp Blatterin mayda yeni kitabı çıxır "Sepp Blatter: Missiya Futbol".
Sky Sportun məlumatına görə, həmin kitabda Blatter futboldan başı çıxan dünya liderlərinin reytinqini də verir. Birinci yerdə Çin lideri Xi Jinpingdir. Blatter onu dünya liderləri arasında futbolun ən böyük bilicisi sayır. Sonrakı yerlərdə Cənubi Afrikanın keçmiş lideri Nelson Mandela, Roma Papası Francis, Rusiya prezidenti Putin gəlir.
Onların ardınca gələnlər - Britaniya kraliçası İİ Elizabeth (bu gün 90 yaşı tamam olur), İtaliyanın keçmiş baş naziri Berlusconi (Milan klubunun sahibi), Niderland kralı Villem-Alexander, Almaniya kansleri Merkel, Fransanın keçmiş prezidenti J. Chiracdır.
"Lavrov heç vaxt əliboş getmir"
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Rusiyanın xarici işlər naziri lavrovun Yerevanda müzakirələri aprelin 22-də başlayacaq:
“Sergey Lavrov heç vaxt heç yerə boş əllə getmir. Amma bunun hansısa plan və ya sənəd olduğunu deyə bilmərəm. Rusiyalı nazir tərəflərin fikrini öyrənməyə gedir. Rusiyanın vasitəçilik missiyasının mahiyyəti də məhz budur”
S. Lavrovun Ermənistandan sonra Azərbaycana gəlməsi gözlənilir.
Ergenekon: Türkiyə məhkəməsi 275 nəfərə qarşı ittihamı rədd etdi
Türkiyənin Apellyasiya məhkəməsi Ergenekon işi ilə bağlı 275 nəfərə qarşı dövlət çevrilişi ittihamını ləğv edib.