Qarabağ danışıqlarına şəxsən Putin kömək edəcək
Rusiya və şəxsən prezident Vladimir Putin bu yaxınlarda başlayacaq Dağlıq Qarabağ üzrə danışıqlarda kompromisə nail olunmasına fəal yardım göstərəcək.
Turan-ın xəbərinə görə, Rusiyanın “İzvestiya” qəzeti diplomatik dairələrdəki mənbələrə istinadən belə yazır.
Bu günki AzadlıqLive-da:
Qarabağ danışıqlarına Rusiya prezidenti Putin şəxsən kömək edəcək
Niyə 8 NİDA-çıdan 7-si buraxılır, İlkin Rüstəmzadə isə hələ də həbsdədir?
Azərbaycanın ATƏT-lə yenidən yaxın əməkdaşlıq istəyinin arxasında nə durur?
Avstraliyadakı səfirliyin 2 min litr pivə nəyinə lazımdır? Avstraliya qəzetinin iddiaları, səfir isə təkib edir
100 minlik saatları kimlər taxır?
Media və sosial şəbəkələrdə dolaşan xəbərlərə görə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun «Patek Philippe Skeleton» saatı təqribən 100 min, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun «Ulysse Nardin Safari Minute Repeater» saatı - 400 min, Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin «Frank Muller» və «Breguet-Classique Complications» saatları toplam 250 min ABŞ dolları dəyərindədir.
Adıçəkilən şəxslərin heç biri belə məlumatlara münasibət bildirməyiblər.