Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:41
Lavrov Sarkisianla görüşür, Yerevan 22 aprel
Lavrov Sarkisianla görüşür, Yerevan 22 aprel

AzadlıqLive - Rusiya planı keçəcəkmi?

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

15:50 22.4.2016

Məbəddə robot rahib peyda olub

Çindəki buddist məbədlərinin birində qeyri-adi rahib – robot rahib peyda olub. 60 santimetr boyu olan robot Syanyer buddist mahnilarını ifa edir, bir az söhbət etməyi bacarır və səs komandalarına tabe olaraq hərəkət edir.

Məbəddə robot rahib peyda olub
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

13:55 22.4.2016

Emin Millinin qaynını buraxdılar

Meydan TV-nin direktoru Emin Millinin qaynı Nazim Ağabəyov 3 il azadlıqdan məhrum edildi və cəza şərti hesab olunaraq, məhkəmə zalından azadlığa buraxıldı.

13:48 22.4.2016

Lavrov: "Ermənistan Kazan sənədini rədd etməyib"

“Son illər Rusiyanın vasitəçiliyi ilə bir sıra addımlar razılaşdırılıb ki, bunları həyata keçirmək lazımdır”.

APA-nın məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, həmin addımlara insidentlərin araşdırılması və digər etimad tədbirləri daxildir: “ATƏT praktik planda necə hərəkət etməyin vacibliyi ilə bağlı çoxdan yol xəritəsi hazırlayıb. Biz hesab edirik ki, ATƏT məkanında müxtəlif münaqişələrin həllinə maraq göstərən Almaniya sədrliyi fikrini buna kökləməlidir, ATƏT-in sədri səlahiyyətlərini burada nümayiş etdirməlidir. Berlinin bu sahədə öz məsuliyyətini anlaması üçün hər cür kömək etməyə hazırıq”.

Kazan sənədi ilə bağlı jurnalistin sualına S. Lavrov belə cavab verib: "Danışıqların bilavasitə iştirakçısı kimi deyə bilərəm ki, Ermənistan Kazan sənədini rədd etməyib".

13:36 22.4.2016

Martirosian Azərbaycandan getdi

«Bu gün Martirosian-lar ailəsini üçüncü ölkəyə yola saldıq».

Bunu AzadlıqRadiosuna Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.

Davamı

XS
SM
MD
LG