Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Oktyabr, bazar, Bakı vaxtı 15:46

Maduro Chavez-in qaydasını ləğv etdi


Hugo Chavez

-

Venesuelada vaxtilə prezident Hugo Chavez-in saatları yarım saat geri çəkməsi qaydası ləğv edilib.

Bu, ölkədəki enerjiyə qənaət məqsədi ilə edilib.

2007-ci ildə Chavez məktəblilərin gün işığında oyanmaları üçün saatları yarım saat geri çəkərək dünyanın heç bir yerində olmayan qayda tətbiq etmişdi.

Venesueladakı enerji qıtlığını aradan qaldırmaq üçün indiki prezident Nicolas Maduro bəzi yeni qaydalar qoyub. Bunlardan biri dövlət idarələrində işləyənlər üçün həftəlik ikigünlük istirahətin 3 günə qədər artırılmasıdır.

Elektrikə qənaət məqsədilə Maduro qadınlara saçlarını fenlə qurutmamaqla bağlı çağırış da edib. Prezidentin «mən həmişə qadınların saçlarının öz-özünə quruyandan sonra daha gözəl olduğunu düşünmüşəm» deməsi Venesuelada qadınların etirazına səbəb olub.

XS
SM
MD
LG