Keçid linkləri

Təcili xəbərlər
2021, 18 May, çərşənbə axşamı, Bakı vaxtı 09:53

Beyləqanda torpaq icarədarlarının etirazı


Foto illüstrasiya

-

«Beyləqan rayonunun «Ovcosovxoz» (Qoyunçuluq sovxozu) adlı ərazisində icarədarlar arasında narazılıq var. Hətta onlar torpaqların əllərindən alınmasına etiraz olaraq aprelin 14-də etiraz aksiyası keçirmişdilər».

Bunu AzadlıqRadiosuna adını çəkilməsini istəməyən icarədarlardan biri deyib.

Bu şəxsin sözlərinə görə, «Ovcosovxoz» adlanan bu ərazi iri yaşayış məntəqəsidir. Sovet vaxtı orada iri qoyunçuluq təsərrüfatı yerləşib. Həmin şəxsin dediyinə görə, bəzi yüksəkçinli məmurların əli ilə icarədarlara məxsus torpaqları imkanlı şəxslər mənimsəmək istəyir. Bu da icarədarların haqlı narazılığına səbəb olur.

Adının çəkilməsini istəməyən şəxsin sözlərinə görə, aksiya iştirakçıları rayon icra hakimiyyətində də olublar. Onlara şikayətlərinin araşdırılacağı vədi verilib.

Beyləqan rayon İcra Hakimiyyətindən isə məsələyə münasibət bildirmək istəməyiblər.

XS
SM
MD
LG