►Ancaq bir şərtlə. Həmin protokoldan şikayət olmamalıdır
Bakıda yol polisi əməkdaşları mükafatlandırılacaq. Mükafatı dayanma-durma qaydalarının pozulması ilə bağlı daha çox inzibati protokol yazan polislər alacaq. Aksiya aprelin 15-də başlayıb.
“Bilmədim, görmədim” ifadələri çox işlədilir
Bu haqda AzadlıqRadiosuna Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, dayanma-durma, parklanma qaydaları ilə bağlı sürücüləri maarifləndirən, bu qaydaların pozulması ilə bağlı ən çox protokol yazan, həmin protokollardan şikayət edilməyən yol polisiləri pul və başqa hədiyyələrlə mükafatlandırılacaq.
“Təəssüf ki, sürücülər bəzən paytaxtın mərkəzi küçələrində quraşdırılmış, dayanmanı-durmanı qadağan edən yol nişanlarının təsir zonasında avtomobil saxlayır. Bu da təəssüf doğurur. Təbliğat aparmaq, sürücülərin uzun müddət hafizəsində qalmaq üçün belə tədbir keçiririk ki, dayanma-durma ilə bağlı problem olmasın. Bizim sürücülər “bilmədim, görmədim” kimi ifadələr işlədirlər ki, bu da sürücünü məsuliyyətdən azad eləmir”, Vaqif Əsədov deyir.
Mükafata görə polislər sui-istifadə edəcək?
Sürücü Vahid Əliyev isə yol polislərinin mükafata görə bundan sonra sürücüləri daha çox cərimə edəcəklərindın narahatdır:
“Yəqin ki, bundan sui-istifadə edən polislər olacaq. Daha çox kim protokol yazacaqsa, tərəfini əsas götürüb sürücüləri saxlayıb cərimələyəcək”.
Dayanma-durma bağlı vəziyyət çox bərbaddır
Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyir ki, dayanma-durma ilə bağlı problemlər çoxdur. Ancaq yol polisi sui-istifadəyə yol verməməlidir:
“Dayanma-durma qaydaları ilə bağlı Bakıda, eləcə də ölkənin ayrı-ayrı yerlərində vəziyyət çox bərbaddır. Düzdür, bu, şəhərsalma, tikinti, məskunlaşma problemləri ilə də bağlıdır. Əsas güc sürücülərin maarifləndirilməsinə, çəkindirilməsinə verilməlidir. Kimsə məsuliyyətsizlik edirsə, onlara qarşı məsuliyyət tədbirləri görülməlidir. Amma müstəsna olaraq qanun çərçivəsində, heç kimin əsassız cərimələnməsinə yol verməmək şərtilə. Əgər məsuliyyətə cəlbetmə olmasa, ümumiyyətlə, şəhərdə hərəkət etmək olmaz”.
Adi vəziyyətdə dayanma-durmanın cəriməsi 20 manat, kiçik avtomobillərin avtobus dayanacaqlarında saxlamasına görə cərimə 40 manatdır. Avtobus sürücüsünün dayanacaq olmayan yerdə saxlamasının cəriməsi isə 100 manatdır.
Vaqif Əsədov deyir ki, sürücülər narahat olmasınlar. Söhbət yazdığı protokollardan şikayət edilməyən polislərin mükafatlandırılmasından gedir.
Mükafatlandırma mayın 29-da keçiriləcək.
Buna da bax: Yol polislərinin şok videosu
DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun 15 aprel radio proqramında
Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi
“5 rayonu qaytarmaq istəyirsənsə, bu iki təşkilata qoşul”
Müsəlman ölkələrindən Azərbaycana dəstək
BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun 15 aprel TV proqramında
Rusiya-Ermənistan münasibətləri dördgünlük döyüşdən sonra...
Kreml Putinin əvəzinə üzr istədi
Bunlara da bax:
“İlham Əliyev sənə yaxşılıq edib, sən isə...”
"5 rayonu istəyirsənsə, bu təşkilatlara üzv ol"
Müsəlman ölkələrindən Azərbaycana dəstək
___________________________________________________________