Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:19

3 ayda 143 nəfər yol qəzasında ölüb


Foto illüstrasiya
Foto illüstrasiya

-

Bu ilin ilk 3 ayında ölkədə 419 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 143 nəfər ölüb, 453 nəfər xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə qəzaların sayı 20.8 faiz azalıb. Ölənlərin sayında da 80 nəfər və ya 35.9 faiz azalma var.

Bu müddət ərzində Bakı şəhərində 147 yol-nəqliyyat hadisəsi törədilib. 31 nəfər ölüb, 160 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə Bakıda da həm yol-nəqliyyat hadisələrinin, həm də ölənlərin və xəsarət alanların sayında azalma olduğu qeyd edilir.

XS
SM
MD
LG