Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 04:32

Türkiyənin Samsun şəhərində keçirilən boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində yarımfinal mərhələsinin oyunları başlayıb.

60 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı boksçu Yana Alekseyevna final uğrunda mübarizədə Olimpiya, dördqat dünya və beşqat Avropa çempionu irlandiyalı Keti Teyloru məğlub edib.

Gərgin keçən döyüşün sonunda hakimlər Alekseyevnanın lehinə qərar veriblər.

Beləliklə Yana Alekseyevna finala yüksəlməklə yanaşı, bu ilin yayında Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunlarına da lisenziya qazanıb.

XS
SM
MD
LG