Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:52

ABŞ Azərbaycan hökumətindən növbəti addımlar gözləyir


ABŞ- John Kerry (solda) və Ilam Əliyev. 30 mart, 2016
ABŞ- John Kerry (solda) və Ilam Əliyev. 30 mart, 2016

►“Prezident İlham Əliyevin ABŞ səfəri ikitərəfli münasibətlərdə önəmli bir dönüş nöqtəsidir”.

Bu fikri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta söyləyib.

Səfri Azərbaycanın nüvə materialının fiziki mühafizəsi haqqında Konvensiyaya düzəlişi ratifikasiya etməsini müsbət dəyərləndirib.

Vaşinqton səfəri çərçivəsində, onun deməsinə görə, bölgədə ümumi təhlükəsizlik, iqtisadi məsələlər müzakirə mövzusu olub. ABŞ dövlət katibi “Cənub” qaz dəhlizi, eyni zamanda Azərbaycanın öz iqtisadiyyatını diversifikasiya etməsi ilə bağlı atdığı addımları təqdir edib.

“Əlbəttə insan haqları, demokratiya və iqtisadiyyatın inkişafı kontekstində qanunun aliliyi məsələləri də müzakirə edilib. ABŞ son vaxtlar bu sahədə atılan addımları alqışlayır. Lakin məsələ bununla bitmir” - deyə səfir bildirib.

Səfir daha sonra deyib:

“Bu, önəmli bir dönüş nöqtəsidir. Önəmli bir mərhələdir ki, burada tərəflər bu vaxta qədər atılmış addımları təhlil edir, nəzərdən keçirirlər. Gələcəkdə birgə ata biləcəkləri addımları müzakirə edirlər. Hər iki ölkə üçün əhəmiyyətli olan bir sıra məsələləri, eyni zamanda regional baxımdan əhəmiyyətli olan məsələləri də gözdən keçirirlər”

Buna da bax: Heydər Əliyev "cənabları" sözünə hirslənir (Video)

Tbilisidə universitet müəllimləri aclıq edir

Tbilisidə universitet müəllimləri aclıq edir
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG